Sentyabrın 8-i saat 17:00-da "Rabitəbank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə bankın Müşahidə Şurası üzvlərinin səlahiyyət müddətlərinin uzadılması, "Capital Partners" İŞ-nin nizamnamə kapitalının artırılması və digər təşkilati məsələlər daxil edilib.
Qeyd edək ki, yığıncaq Bakı şəhəri, Füzuli küçəsi, 71 ünvanında yerləşən bankın Baş ofisində hibrid formatda (əyani və onlayn iştirak imkanı ilə) baş tutacaq.













