ITech Group
Korporativ Satış üzrə Mütəxəssis
Son tarix 12 sen 2026 - [email protected]
iTech Group genişlənən komandası üçün nəticəyönümlü və aktiv Korporativ Satış üzrə Mütəxəssis axtarır.
Əsas tələblər
- Ali təhsil;
- B2B satış sahəsində, xüsusilə İT sektorunda iş təcrübəsi üstünlükdür;
- Azərbaycan dili – yüksək səviyyədə, İngilis dili – orta səviyyədə, və Rus dili arzuolunandır;
- MS Office və CRM sistemləri ilə işləmək bacarığı;
- Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Kommersiya təklifləri və işgüzar yazışmalar hazırlamaq bacarığı;
- Müştəriyönümlü və nəticəyönümlü yanaşma;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Müstəqil və komandada işləmək bacarığı;
- Aktiv satış və yeni müştəri axtarışı aparmaq bacarığı;
Vəzifə öhdəlikləri
- Yeni korporativ müştərilərin axtarışı və cəlb edilməsi;
- Mövcud müştərilərlə işgüzar əlaqələrin inkişaf etdirilməsi;
- Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun İT həllərin təqdim edilməsi;
- Şəbəkə, telefoniya, təhlükəsizlik, kibertəhlükəsizlik və digər İT həllərinin satışı;
- Müştəri görüşlərinin, təqdimatların və danışıqların aparılması;
- Kommersiya təkliflərinin hazırlanması və müştəri ilə razılaşdırılması;
- Satış prosesinin lead-dən müqaviləyə qədər idarə edilməsi;
- Mövcud layihələrin və satış imkanlarının inkişaf etdirilməsi;
- Satış fəaliyyətlərinin Bitrix24 CRM-də tam və vaxtında qeydiyyatı;
- Satış planının yerinə yetirilməsi və nəticələrə görə məsuliyyət;
- Müştəri ödənişləri və layihə üzrə sənəd dövriyyəsinin izlənilməsi;
- Vendor məhsul və həlləri üzrə biliklərin davamlı inkişaf etdirilməsi;
- Satışdan sonra müştəri ilə əlaqələrin və xidmət səviyyəsinin qorunması.
KPI
- Aylıq və illik satış planın yerinə yetirilməsi
- Minimum aylıq görüş sayının yerinə yetirilməsi
- Yeni müştərilərin davamlı artırılması;
- CRM məlumatlarının tam və vaxtında qeydiyyatı.
İş şəraiti
- Dinamik və inkişaf edən İT şirkətində iş;
- Əmək müqaviləsi və qanunvericiliyə uyğun rəsmiləşdirmə;
- 800–1500 AZN əmək haqqı + satış nəticələrinə əsaslanan bonus sistemi;
- Peşəkar və karyera inkişafı imkanları.
Vakansiyaya müraciət üçün CV-nizi “Korporativ Satış üzrə Mütəxəssis” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.














