Azərbaycan Auditorlar Palatasının 2025-ci il üzrə maliyyə vəziyyəti açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il Palatanın cəmi əməliyyat gəlirləri 1 milyon 538 min manat olub. Bu, 2024-cü ildəki 1 milyon 424 min manat əməliyyat gəlirindən 114 min manat və ya 8% daha çoxdur.
Əməliyyat gəlirlərinin 1 milyon 462 min manatını üzvlük haqqları tutub. Bu gəlirlər illik müqayisədə 150 min manat (11,4%) artıb.
Bundan başqa, ixtisasartırma və imtahan haqqlarından gəlirlər 14,7 min manat (44,4%) artaraq 47,8 milyon manata, qrant və ianələrdən gəlirlər 51,2 min manat (2,9 dəfə) azalaraq 27,3 min manata bərabər olub.
Ötən il Palatanın cəmi əməliyyat xərcləri 29 min manat artaraq 1 milyon 293 min manata yüksəlib. Əməliyyat xərclərinin 903,1 min manatı işçilərə çəkilən xərclərin payına düşüb. Bu xərclər illik müqayisədə 172 min manat (23,5%) artıb.
Bundan başqa, ezamiyyə xərcləri 54,5 min manat, məlumat və reklam xərcləri 107,8 min manat, peşəkar təşkilatlarda üzvlük haqqı 25 min manat, audit və peşəkar xidmətlər 67 min manat, konfrans xərcləri 32,6 min manat təşkil edib.
Ümidsiz borclar üzrə ehtiyat gəlirləri Palataya 44,9 min manat qazandırıb.
Yekunda Auditorlar Palatası 2025-ci ili 244,5 min manat xalis mənfəətlə başa vurub ki, bu da, 2024-cü ildəki 159,6 min manat mənfəətdən 85 min manat və ya 53% artıqdır.
Hesabat dövrünün sonunda Azərbaycan Auditorlar Palatasının cəmi aktivləri 1 milyon 694 min manat təşkil edib. Aktivlərin həcmi son bir ildə 295 min manat və ya 21,1% artıb. Aktivlərin 726,2 min manatını pul vəsaitləri və onların ekvivalentləri, 138,9 min manatını torpaq, tikili və avadanlıqlar, 600 min manatını sair qısamüddətli aktivlər tutub.
Palatanın öhdəliklərin həcmi son bir ildə 12,2 min manat (61,3%) artaraq 32,1 min manata yüksəlib. Öhdəliklərin 7 min manatı kreditor borcları və ödənilmiş xərclərin, 25 min manatı sair qısamüddətli öhdəliklərin payına düşüb.
Nəticə olaraq, 2025-ci ilin sonunda Azərbaycan Auditorlar Palatasının cəmi kapitalı 283 min manat və ya 20,5% artıb. Xatırladaq ki, 2024-cü ilin sonunda cəmi kapital 1 milyon 379 min manata bərabər olub. Kapitalın hamısı Auditorlar Palatasının üzvlərinin vəsaitləridir.





![Auditorlar Palatası bir ildə - [red]244 MİN MANAT QAZANIB – HESABAT[/red] | FED.az](/upload/news/small/415308.png)
![Auditorlar Palatası bir ildə - [red]244 MİN MANAT QAZANIB – HESABAT[/red] | FED.az](/upload/news/small/417368.png)







