Azərbaycanda kütləvi şəkildə satılan daha bir əşyanın xaricdən idxal qiyməti açıqlanıb. Diş fırçaları əhali tərəfindən ən çox istifadə olunan əşyalardandır – təsadüfi deyil ki, onların istifadə sayı milyonlarla ölçülür.
Statistika göstərir ki, hər il Azərbaycana xaricdən əhali sayından da artıq diş fırçası gətirilir.
Süni dişlər xaricdən Azərbaycana cəmi 22-23 qəpikdən gətirilirmiş – ÖLKƏLƏR, QİYMƏTLƏR
Məsələn, 2025-ci ildə Azərbaycana xarici ölkələrdən 3 milyon 709 min dollar dəyərində 12 milyon 38 min ədəd diş fırçası gətirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, 2024-cü ildə Azərbaycana 3 milyon 300 min dollar dəyərində 11 milyon 244 min ədəd diş fırçası gətirilmişdi.
Diş fırçalarının idxalı 2024-cü illə müqayisədə miqdar ifadəsi ilə 794 min ədəd (7,1%), dəyər ifadəsi ilə 409 min dollar (12,4%) artıb.
Ötən xaricdən alınan diş fırçalarının bir ədədinin orta qiyməti təxminən 0,30 dollar (50 qəpik) təşkil edib. Demək olar ki, 2024-cü ildən bər bu qiymət dəyişməyib.
Xaricdən gətiriləm fırçaların qiyməti də ölkələrdən asılı olaraq dəyişir. Ölkədən asılı olaraq qiymətlər 17 qəpikdən başlayaraq 35 manata qədər artır.
Ötən il diş fırçalarının ən ucuz alındığı ölkə ABŞ olub. Buradan gətirilən diş fırçalarının bir ədədinin orta qiyməti 17 dəpik təşkil edib. Amma bu fırçaların sayı az olduğu üçün ümumi qiymətə çox da təsir etməyib.
Çin ənənəvi olaraq bazarın böyük hissəsini öz əlində saxlayır. Belə ki, ölkəyə gətirilən diş fırçalarının 79,6%-i Çindən gətirilir. Bu ölkədən gətirilən diş fırçalarının bir ədədinin orta qiyməti 35 qəpikdir.
Ən bahalış diş fırçaları ilə Avstriya və Koreyadan gətirilir. Avstriyadan gətirilən diş fırçalarının orta qiyməti 35,7 manat, Koreyadan gətirilən diş fırçalarının bir ədədinin orta qiyməti 12,9 manat olub.
Azərbaycana diş fırçalarının gətirildiyi ölkələr və qiymətlər daha ətraflı:
|
Diş fırçaları |
Sayı |
Məbləğ |
Bir ədədinin |
|
Cəmi |
12 037 580 |
3 708 860 |
0,52 manat |
|
Özbəkistan |
800 |
220 |
0,47 manat |
|
Rusiya |
220 050 |
222 640 |
1,72 manat |
|
Türkmənistan |
43 440 |
5 490 |
0,21 manat |
|
Amerika Birləşmiş Ştatları |
42 860 |
4 350 |
0,17 manat |
|
Çin |
9 576 330 |
1 984 610 |
0,35 manat |
|
Hindistan |
679 510 |
289 500 |
0,72 manat |
|
İndoneziya |
960 |
670 |
1,18 manat |
|
İsveçrə |
14 140 |
33 530 |
4,00 manat |
|
Koreya Respublikası |
360 |
2 730 |
12,90 manat |
|
Tailand |
200 |
200 |
1,70 manat |
|
Türkiyə |
138 290 |
52 290 |
0,65 manat |
|
Vyetnam |
1 099 680 |
834 900 |
1,30 manat |
|
Almaniya |
79 790 |
115 210 |
2,45 manat |
|
Avstriya |
20 |
420 |
35,70 manat |
|
İrlandiya |
104 250 |
109 870 |
1,80 manat |
|
İsveç |
8 460 |
17 550 |
3,50 manat |
|
İtaliya |
26 850 |
32 850 |
2,08 manat |
|
Litva |
1 490 |
1 810 |
2,07 manat |
|
Polşa |
100 |
20 |
0,34 manat |












