Boranı restoranlar şəbəkəsi
Marketinq Meneceri
Son tarix 13 sen 2026 - [email protected]
Boranı Restoranı Lənkəran filialı üzrə Marketinq Meneceri vakansiyası elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Lənkəran filialı üzrə marketinq fəaliyyətinin planlaşdırılması və həyata keçirilməsi;
- Satış və müştəri sayının artırılmasına yönəlmiş marketinq fəaliyyətlərinin təşkili;
- Reklam və kampaniyaların hazırlanması və həyata keçirilməsi;
- Sosial media fəaliyyətinin koordinasiyası;
- Yerli bazarın və rəqiblərin fəaliyyətinin araşdırılması;
- Endirim, kampaniya və xüsusi günlər üçün marketinq layihələrinin hazırlanması;
- Filialın tanıtımının və brend standartlarının qorunmasının təmin edilməsi;
- Keçirilən kampaniyaların nəticələrinin təhlili və hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icra olunması.
Namizədə tələblər:
- 25–40 yaş aralığında olmaq;
- Marketinq sahəsində iş təcrübəsinin olması;
- Təşkilatçılıq və kommunikasiya bacarığı;
- Kreativ düşüncə və yeni ideyalar irəli sürmək bacarığı;
- Sosial media və rəqəmsal marketinq üzrə əsas biliklər;
- Analitik düşüncə və nəticəyönümlülük;
- Komanda ilə işləmək bacarığı;
- Məsuliyyətli, operativ və intizamlı olmaq;
- Restoran və xidmət sahəsində iş təcrübəsi üstünlükdür.
İş şəraiti
- Əmək haqqı:1300-1500 AZN
- İş yeri: Lənkəran şəhəri
- İş qrafiki: Həftədə 6 gün,bir gün istirahət
Nahar və korporativ nömrə şirkət tərəfindən verilir.
Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya 077 244 56 51 nömrəsinə CV-nizi “Lənkəran üzrə Marketinq Meneceri” başlığı ilə göndərə bilərsiniz.














