Azərbaycanda bankların kredit portfelinin regionlar üzrə bölgüsü açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-ci ilin ilk yarısının yekunları (1 iyul tarixinə) üzrə nəticələrə görə, bankların ümumi kredit portfeli 31 milyard 821 milyon 342 min manat təşkil edir.
Ənənəvi olaraq kredit portfelinin böyük hissəsi Bakı şəhərinin payına düşür. Hazırda Bakı regionu üzrə kredit portfeli 24 milyard 267 milyon manat təşkil edir ki, bu da bütün kreditlərin 76,3%-i deməkdir.
Abşeron-Xızı iqtisadi regionu üzrə kreditlər 1 milyard 248 milyon manatdır ki, bu da ümumi kredit portfelinin 3,92%-i deməkdir.
Kreitlərin 3%-i isə Gəncə-Qazax iqtisadi regionunun payına düşüb – 961 milyon manat.
Lənkəran-Astara regionunda 725 milyon manat (bütün kreditlərin 2,28%-i), Şəki-Zaqatala regionunda isə 651 milyon manat (2,05%) kredit verilib.
Digər regionların kredit portfelində payı 2%-dən aşağıdır. 2 regionda isə kredit portfelinin kreditlərdə payı 1%-dən də aşağıdır.
Ölkədə ən az kredit verilən bölgə işğaldan azad edilmiş Şərqi Zəngəzur iqtisadi rayonudur – 34 milyon manat kredit portfeli və ümumi kreditlərin cəmi 0,1 faizi. Dağlıq Şirvan iqtisadi rayonunda isə cəmi 219 milyon manat kredit verilib – bu ölkədəki bütün kreditlərin 0,69%-i deməkdir.
|
Regionlar |
Kredit həcmi, Min manat Yanvar-iyun, 2026 |
Ümumi kredit portfelində payı |
|
Azərbaycan Respublikası |
31 821 342 |
100,00% |
|
o cümlədən: |
|
|
|
Bakı iqtisadi rayonu |
24 267 128 |
76,26% |
|
Abşeron-Xızı iqtisadi rayonu |
1 248 116 |
3,92% |
|
Gəncə-Daşkəsən iqtisadi rayonu |
961 360 |
3,02% |
|
Lənkəran-Astara iqtisadi rayonu |
725 760 |
2,28% |
|
Şəki-Zaqatala iqtisadi rayonu |
651 166 |
2,05% |
|
Mərkəzi Aran iqtisadi rayonu |
628 948 |
1,98% |
|
Qazax-Tovuz iqtisadi rayonu |
604 415 |
1,90% |
|
Qarabağ iqtisadi rayonu |
566 791 |
1,78% |
|
Quba-Xaçmaz iqtisadi rayonu |
539 838 |
1,70% |
|
Naxçıvan iqtisadi rayonu |
515 089 |
1,62% |
|
Şirvan-Salyan iqtisadi rayonu |
484 949 |
1,52% |
|
Mil-Muğan iqtisadi rayonu |
373 961 |
1,18% |
|
Dağlıq Şirvan iqtisadi rayonu |
219 402 |
0,69% |
|
Şərqi Zəngəzur iqtisadi rayonu |
34 418 |
0,11% |












