"Mərkəzi Bank Azərbaycanda ilk dəfə bu il yanvarın 9-dan etibarən banklararası mütəşəkkil valyuta bazarını (platformasını) yaradıb. Artıq banklar bu bazarda bir-birlərinə valyuta sata və ala bilirlər. Bu platformanın köməyi ilə, valyuta kəsiri olan bank öz kəsirini bağlaya, profisiti olan bank isə onu sata bilər".
Mərkəzi Bank ötən il valyuta bazarına 2 milyard 8 milyon dollarlıq - Alış Müdaxiləsi Edib
FED.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
Mərkəzi Bankın sədri əlavə edib ki, yanvar ayında 2 valyuta hərracında bankların sifarişinin olmaması və digər hərraclarda az olması ilk növbədə tələbin azalması və ilk dəfə banklararası mütəşəkkil valyuta bazarının işə düşməsi ilə əlaqədardır. (Marja)