“Mastercard” ödəmə sisteminin gündəmə qoyduğu əsas məsələlərdən biri, telefon nömrəsi vasitəsi ilə xaricə pul köçürmələri xidmətinin inkişaf elətdirilməsidir. Şirkət bu sahədə Rusiyanın bir çox bankları ilə müzakirələr aparır.
FED.az Banker.az - a istinadən xəbər verir ki, RBC-nın verdiyi məlumata görə, bu cür pul köçürmələri “Mastercard Hub” vasitəsilə həyata keçiriləcəkdir.
Əməliyyatı həyata keçirmək üçün layihədə iştirak edən bankın “Mastercard” kartının sahibi, kartını “Mastercard Hub”-da bankın mobil tətbiqi vasitəsilə qeydiyyata aldıqdan sonra “telefon nömrəsi vasitəsilə pul köçürmələri” xidmətini seçməli, alıcının nömrəsini və köçürülən məbləği daxil etməlidir. Nömrə karta bağlı olduğuna görə bank və ödəmə sistemi pulu alan şəxsin ad, soyad, ata adı və kart hesabı kimi məlumatları rahatlıqla görə bilirlər.
Bu gün “Mastercard” müştərilərinə telefon nömrəsi və ya elektron poçt vasitəsilə Rusiya daxilində pul köçürmələri xidmətini təklif edir. Hazırda bu layihədə “Rayffayzenbank” və “Surqutneftqazbank” iştirak edir.