“MasterCard” şirkətində yüksək sürətlə genişlənən bazarlarda marketinq və kommunikasiya üzrə vitse-prezident vəzifəsinə yeni təyinat olub.
FED.az xəbər verir ki, bu vəzifəyə Ceren Türkben Kaya gətirilib.
2013-cü ildən “MasterCard”da çalışan C.T.Kaya bundan öncə Cənub-Şərqi Avropa bazarları üzrə koordinator olub.
Yeni təyinatla Azərbaycan, Türkiyə, Qazaxıstan, Belarus, İsrail və Özbəkistan kimi ölkələrin bazarlarına cavabdeh olacaq.
Türkiyənin Boğaziçi Universitetinin məzunu olan C.T.Kaya karyerasına 2002-ci ildə “Reckitt Benckiser Turkey”də başlayıb.
Eləcə də bax: Dünya xalqlarının maliyyə savadlılığı səviyyəsi - İNFOQRAFİKA
© Report