Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitliyin əsas sütunlarından biri olan pul siyasəti 2025-ci ildə də Mərkəzi Bankın əsas mandatı olan qiymət sabitliyinin qorunması istiqamətində formalaşdırılıb. Belə ki, inflyasiyanın hədəf diapazonu daxilində saxlanılması, pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və faiz kanalının ötürücülüyünün gücləndirilməsi Mərkəzi Bankın prioritetləri sırasında yer alıb.
Araşdırmalar sahəsində qlobal liderdən manatın məzənnəsilə bağlı yeni proqnoz
Mərkəzi Bankın 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyənatına əsasən, pul siyasәtinin hәdәfi növbәti ildә dә illik inflyasiyanı 4±2% sәviyyәsindә saxlamaqdan ibarәt olacaqdır.
Bununla yanaşı, qlobal iqtisadi proseslər və enerji bazarlarında müşahidə olunan qeyri-müəyyənliklər fonunda bir sıra suallar aktuallıq daşıyır. Neft qiymətlərində mümkün dəyişikliklər valyuta bazarına necə təsir göstərə bilər? Devalvasiya riski varmı və neft gəlirlərinin azalarsa, hansı alternativ planlar mövcuddur?
FED.az biznes va maliyyə xəbərləri portalı xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, cari ildə də Mərkəzi Bankın mövqeyi həlledici olaraq qalacaq.
Mərkəzi Bank açıqlamalarında dəfələrlə bildirib ki, qərarlar qəbul edilərkən tədiyə balansındakı vəziyyət, ölkəyə daxil olan valyutanın həcmi və xüsusilə tədiyə balansının saldosunun müsbət və ya mənfi olması əsas göstəricilər kimi nəzərə alınır”.
V.Bayramov əlavə edib ki, aparılan qiymətləndirmələr əsasən, manatın məzənnəsinə təsir edən ən ciddi faktorlardan biri neftin dünya bazar qiymətlərindəki dəyişikliklərdir:
“Bu amil Mərkəzi Bankın davranışlarına və qərarlarına birbaşa təsir göstərir. Belə ki, Azərbaycanın ixracatının təxminən 80 faizi enerji məhsullarının payına düşür və bu ixracın əsas hissəsini neft və neft məhsulları təşkil edir. Buna görə də ölkəyə daxil olan valyuta axınında neftin payı kifayət qədər böyükdür.
Bununla belə, 2026-cı il ərzində də Mərkəzi Bankın mövqeyi milli valyutanın məzənnəsi baxımından həlledici olaraq qalmaqdadır”,- deyə deputat qeyd edib.
Devalvasiya riskini şərh edən iqtsadçı ekspert Xalid Kərimli isə bildirib ki, 2026-cı ildə neft gəlirlərinin azalması şəraitində, əgər hökumətin gözləntilərindən kəskin bir azalma baş verməzsə, ciddi risk görünmür:
11-12 milyard dollara çatır. Bu isə qeyri-neft sektorunun ixrac potensialının yetərli olmadığını göstərir.
Üstəlik, qeyri-neft sektoru hazırda əsasən büdcə xərcləmələri və neft gəlirləri hesabına qidalanır. Bu baxımdan, qeyri-neft sektoru hələlik iqtisadiyyat üçün müstəqil dayaq rolunu oynamır. Hökumət gələcəkdə bu istiqamətdə dönüş yaratmağa çalışsa da, hazırkı vəziyyət bunu deməyə əsas vermir”.
İqtisadçı ekspert onu da nəzərə çatdırıb ki, devalvasiya faciə deyil:
“Yəni hökumətin devalvasiyanın qarşısını almaq üçün fövqəladə və sərt addımlar atmaq kimi xüsusi planları yoxdur. Zərurət yarandığı halda devalvasiyaya gedilə bilər. Neft gəlirlərinin azalması fonunda dövlət bu ilin büdcəsində bu riskləri əvvəlcədən nəzərə alıb.
Belə ki, idxalı məhdudlaşdırmaq məqsədilə idxal vergiləri artırılması, bir sıra sahələrdə, xüsusilə avtomobillərə tətbiq olunan güzəştlər ləğv edilməsiylə yanaşı, eyni zamanda telefonlara rüsum, tütün məmulatlarına aksiz, armatur və şüşə məmulatlarına tətbiq edilən aksiz dərəcələri də artırılıb. Bütün bu addımlar da öz növbəsində idxalın həcmini azaltmağa yönəlib.
Yəni hökumət alternativ planlarını artıq işə salıb və bu tədbirlər 2026-cı il üçün nəzərdə tutulan iqtisadi siyasətin tərkib hissəsidir. Habelə, əhalinin büdcədəki rolu daha da artırılıb”,- deyə X.Kərimli qeyd edib.
İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, Azərbaycanda manatın məzənnəsi inzibati qaydada tənzimləndiyi üçün onu klassik iqtisadi kateqoriya kimi təhlil etmək və ya dəqiq proqnozlaşdırmaq mümkün deyil:
“Bu məsələ tam şəkildə Mərkəzi Bankın və hökumətin səlahiyyətindədir və qərar istənilən vaxt qəbul oluna bilər - bu il də, iki ildən sonra da. Məhz bu səbəbdən manatın məzənnəsi iqtisadi modellərlə hesablana bilən və proqnozlaşdırılan göstərici deyil.
Hökumətin alternativ planlarına gəldikdə, qeyri-neft sektorunun inkişafı istiqamətində müəyyən addımlar atılır, lakin qeyri-neft sektorunun ümumi iqtisadiyyatda payı hələ də aşağıdır. Bu payın artırılması üçün istehsalın genişləndirilməsi və davamlı inkişaf mexanizmlərinin yaradılması vacibdir. Ancaq etiraf etmək lazımdır ki, bunu qısa müddətdə həyata keçirməyə imkan verən “sehrli çubuq” mövcud deyil”.
Natiq Cəfərli bildirib ki, əslində, ölkənin böyük neft gəlirləri əldə etdiyi uzun bir dövr var idi ki, məhz həmin illərdə bu struktur islahatları aparmaq önəmli idi:
“Belə olsaydı, bu gün neft gəlirləri əsas dayaq deyil, sadəcə əlavə bir bonus rolunu oynayardı. Norveç nümunəsində olduğu kimi: bu ölkənin büdcəsi neftdən asılı deyil və neftin dünya bazarındakı qiymət dəyişiklikləri iqtisadi sabitliyə ciddi təsir göstərmir. Nəticədə, bu gün hələ də iqtisadiyyatın şaxələndirilməsi problemi aktuallığını qoruyur”,- deyə iqtisadçı fikrini tamamlayıb. (Modern.az)









