Noyabrın 29-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 100 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (AZ0104002974 ISIN) yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 90.9544 (10%) manat və 96.1639 (4.0111%) manat olan 29 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 466 milyon 396 min manat olub.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.7164 (4.4999%) manat, orta ölçülmüş qiyməti isə 95.8351 (4.3698%) manat olaraq müəyyən edilib.
Sifarişlərin həcmi böyük olduğu üçün maliyyə Nazirliyi əvvəlcədən nəzərdə tutulan 100 milyon manat əvəzinə 150 milyon manatlıq istiqraz yerləşdlirib.
Belə ki, qaydalara görə, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
İstiqrazların ödəmə tarixi 28.11.2023-cü ildir. Hərrac iştirakçıları istiqrazların alışı üzrə öhdəliklərini 30 noyabr 2022-ci il tarixinədək icra etməlidirlər.