“Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası” İctimai Birliyi və “Gənc mühasiblər” Birliyi Peşəkar mühasib təşkilatı kimi Maliyyə Nazirliyində akkreditasiya olunub.
Bu barədə FED.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, adıçəkilən təşkilatlar peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatlarının siyahısına daxil edilib və Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Beləliklə, peşəkar mühasib təşkilatı kimi Maliyyə Nazirliyində akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatlarının sayı 3-ə çatıb.
Akkreditasiya olunan təşkilatlar mühasiblərin peşə biliklərinin artırılması ilə bağlı təlimlər, seminarlar təşkil edəcəklər.