Mart ayında xarici valyutada olan əmanətlər 91 milyon manat artıb.
FED.az Məkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2018-ci ilin Mart ayının sonunda banklarda fiziki şəxslərin 7 milyard 657.2 milyon manat əmanəti olub. Əmanətlərin 2 milyard 751.1 milyon manatı və ya 35,9% milli valyutada, 4 milyard 906.1 milyon manatı və ya 64,1% xarici valyutada yerləşdirilib. Fevralın sonunda əmanətlərin 62% xarici valyutada yerləşdirilmişdi.
Mart ayında milli valyutadakı əmanətlər 184,1 milyon manat azalaraq Fevralın sonundakı 2 milyard 935.2 milyon manatdan 2 milyard 751.1 milyon manata geriləyib.
Xarici valyutadakı əmanətlər isə 91 milyon manat artaraq 4 milyad 815 milyon manatdan 4 milyard 906 milyon manata qalxıb.