Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və "Yeni il" bayramı ilə bağlı “eManat”, “MilliÖn”, “KorpOn” ödəniş terminnalları, həmçinin “Kassam.az” və “Portmanat” platformaları fəaliyyətini dayandıracaq.
FED.az xəbər verir ki, bu barədə PAŞA Bank tərəfindən müştərilərə bildiriş göndərilib. Qeyd olunur ki, 31.12.2022 - 05.01.2023 tarixlərində “eManat”, “MilliÖn”, “KorpOn” ödəniş terminallarından, həmçinin “Kassam.az” və “Portmanat” platformalarında mədaxil və ödənişlər mümkün olmayacaq.
Mədaxil əməliyyatlarını yalnız “PAŞA Bank” və “Kapital Bank” ATM-lərindən icra etmək mümkündür .