2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 2 milyard 267.4 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 564.8 milyon manata bərabər olub.
Rusiyadan Azərbaycana pul köçürmələri 3 dəfəyədək azalıb
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-noyabr aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 58% və ya 3 milyard 131.4 milyon manat, banklardan xaricə köçürmələr isə 38.2% və ya 349.7 milyon manat azalıb.
Qeyd edək ki, ötən ilin ilk 11 ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 5 milyard 398.8 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 914.5 milyon manat təşkil edib. (Apa)