Azərbaycanda böorc öhdəliklərinin satışı ilə bağlı bazar inkişaf etməkdədir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, «Aqrar Kredit» BOKT öz balansında olan debitor borcların bir hissəsini satışa çıxarıb.
“Aqrarkredit” QSC BOKT-un elan etdiyi müsabiqəyə əsasən bu dəfə “United Textiles” FZE-nin şirkətə olan borcu və onun girov təminatı kimi çıxış edən əmlak müsabiqəyə çıxarılıb.
Qeyd edək ki, hazırda “United Textiles” FZE-nin «AqrarKredit» BOKT-a 19 milyon 643 min manat borcu var.
Müsabiqənin qalibi həm girov kimi təqdim olunan əmlaka, həm də bu borcu tələb etmək hüququna malik olacaq.
Bu müsabiqədə iştirak üçün ərazilərin qəbulu 2 iyul 2026-cı ildən 19 avqusta qədər davamm edəcək. Müsabiqə qalibi 25 avqust 2026-cı ildə müəyyən ediləcək.
Müsabiqə Maliyyə Nazirliyinin binasında keçiriləcək.
Müsabiqədə iştirak etaək istəyənlər girov əmlak barədə məlumatı “Aqrarkredit” QSC-nin baş ofisində ala bilərlər. İştirakçılar aktivin elan olunan ilkin satış dəyərinin 0,5% faizi həcmində beh ödəməlidirlər.
Müsabiqədə ən yüksək qiymət təklif etmiş iddiaçı qalib elan edilir. Qalib tərəf tələb olunan məbləği 30 günə ödəməlidir.















