Yeni ilin ilk iş günü yanvarın 4-də banklararası ticarətdə dollar bahalaşıb. FED.az xəbər verir ki, “Bloomberg” terminalında ABŞ valyutası dünənlə müqayisədə 0,01% bahalaşaraq 1.7000 manata qalxıb. Xatırladaq ki, ötən gün terminal üzərində dollar ticarəti 1.6999 manat məzənnəsi ilə yekunlaşıb.
“Qara bazar”da qiymət dəyişmədi
Yanvarın 4-də “qara bazar”da da dolların məzənnəsi dəyişib. Fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyimiz məlumata görə, bu gün ABŞ valyutası 1.7000 manata alınır. Dolların satış qiyməti isə 1.7030 manatdır.
Avro isə ucuzlaşıb. “Qara bazar”da avronun alışı 1.97 manat, satışı isə 2.00 manatdır.
Rəsmi məzənnə
Onu da deyək ki, Mərkəzi Bank bu günə dolların məzənnəsini dəyişməyib. Rəsmi məzənnə 1. 7001 manat müəyyən edilib.
Banklararası bazarda dollar bahalaşdı – BLOOMBERG/ QARA BAZAR/ MB
10:32
4 Yan 2018