Yanvar-sentyabr aylarında Azərbaycanda dövrüyyədə olan Post terminalların sayı 57 min 40 ədəd təşkil edib.
Eləcə də bax: POS terminalların tətbiqi "kölgə biznesini" azaldacaq
FED.az Banker.az-a itinadən xəbər verir ki, Mərkəzi Bankın aylıq hesabatına görə, Post terminalların 37 min 306 ədədi Bakıda, 19 min 734 ədəd isə regionlarda fəaliyyət göstərir.
Hesabat dövründə Post terminalların sayında 7 min 735 ədəd azalma müşahidə olunub.Belə ki, ötən ilin eyni dövründə Azərbaycanda 64 min 775 ədəd Post terminal mövcud olub.
Qeyd edək ki, ölkədə POS-terminalların sayında azalmasına səbəb 4 bankın lisenziyasının ləğv edilməsi ilə bağlıdır.