2024-cü ilin I rübü üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 3.8 milyard dollar təşkil edib. Bunun 2.2 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 1.6 milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.
AMB: "Bu il turizm sektorunda 27 milyon dollarlıq profisit yaranıb" - YENİLƏNİB
FED.az Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Ümumilikdə xidmətlər balansında yaranan kəsir 19.6% azalaraq 0.6 milyard dollar olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 475.5 milyon dollar (6.5% azalma) olub. Qeyrineft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 57% azalaraq 76.6 milyon dollar olub.
Qarşılıqlı xidmətlər dövriyyəsinin 30.2%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 1.2 milyard dollar olan nəqliyyat xidmətlərinin 62%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olmuşdur. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyər 718 milyon dollar qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 439.3 milyon dolar təşkil edib.