Xidmətlər balansı bizdə mütəmadi olaraq kəsirlidir, amma sevindirici hallar var.
AMB direktoru: "Azərbaycanın cari əməliyyatlar hesabında 1,7 milyard dollar profisit yaranıb"
FED.az xəbər verir ki, bunu keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.
O bildirib ki, xidmətlər balansını şərtləndirən əsas amillər bizim digər işgüzar xidmətlərlə, tikinti xidmətləri neft, qaz sektorunda göstərilən xidmətlərlə bağlıdır. Lakin çox maraqlı bir tendensiyanı izləyirik, odur ki, yəni artıq bizim xidmətlər balansının kəsiri azalır. Kəsiri azaldan əsas maddələr birinci nəqliyyat xidmətləridir, nəqliyyat xidmətləri nədir? Yəni əsas burda bizim nəqliyyat xidmətlərdən gəlirlərimiz, boru kəmərləri vasitəsilə ixrac olunan neft və qaz xidmətlərinə görə aldığımız əlavə gəlirlərdir. Bu, bizdə profisitlidir.
"Bundan əlavə ilk dəfə olaraq keçən ilin müvafiq dövrünə nisbətən mənfi olmağına baxmayaraq, bu ilin birinci rübündə 27 milyon dollarlıq turizm sektorunda, turizm xidmətlərində profisit formalaşmışdır. Profisiti əsas şərtləndirən amil ixracla bağlıdır. Belə ki, ölkəyə gələn turistlərin sayında artım baş vermişdi, təxminən 39% artım qeydə alınıb. Ölkəyə bu dövrdə 513 min turist səfər etmişdir. Bura həm işgüzar səfərlər, həm də şəxsi səfərlər aiddir" - deyə Samir Nəsirov vurğulayıb.