Azərbaycanda kredit qoyuluşları 1 il ərzində 17,2% artıb.
Eləcə də bax: Azərbaycanda problemli kreditlər - SON 3,5 İLDƏ ƏN AŞAĞI HƏDDƏ
FED.az xəbər verir ki, 2020-ci ilin yanvar ayında müxtəlif sahələrə kredit qoyuluşlarının ümumi məbləği 15 513,6 mln manat olub. Bu göstərici ötən ilin eyni dövründə 12 884,7 mln manat olub. Ötən illə müqayisədə artım 2 milyard 629 milyon manat və ya 17,2% olub.
Kredit qoyuluşları ötən ayla müqayisədə də artıb. Belə ki, 2019-cu ilin dekabr ayında 15298,2 mln manat olub. Bu göstərici 2020-ci ilin yanvar ayı ilə müqayisədə 215,4 milyon manat və ya 1,4% artıb.
Azərbaycanda problemli kredtilərin həcmində də artım var. Doğrudur bir il əvvəllə müqayisədə problemli hissədə azalma müşahidə edilir. 2019-cu ilin yanvarında belə kreditlər 1 569,4 mln manat olduğu halda 2020-ci ilin yanvarında 1 306,9 mln manat olub - azalma 20,1%.
Bununla yanaşı, dekabrın nəticələri ilə müqayisədə, yanvarda problemli kreditlər artıb. Belə ki, problemli kreditlər 2019-cu ilin dekabr ayında 1273,1 mln manat olub. Başqa sözlə, 2020-ci ilin yanvar ayında problemli kreditlərin məbləği 33,8 milyon manat və ya 2,6% yüksəlib.