Azərbaycanda bankların depozit portfelinin 66.5%-ni hüquqi şəxslərin depozitləri təşkil edir.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının “Maliyə sabitliyi “ hesabatına görə, bütövlükdə, hüquqi şəxslərin depozitlərinin öhdəliklərdə payı 53.5%-dir. İl ərzində hüquqi şəxslərin depozitləri 41.2% (5.22 mlrd manat) artaraq 17.9 mlrd manat təşkil edib.
Bu artımın 99.7%-i tələbli depozitlərin artımı hesabınadır (5.21 mlrd manat artım). Hüquqi şəxslərin depozitlərinin 88.5%-i (15.9 mlrd manat) tələbli depozitlər hesabına formalaşıb. (Apa)