Avro dollar qarşısında 2002-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.
Avro və funt ucuzlaşa bilər - GÜNƏ BAXIŞ
Tənəzzül və Avropa Mərkəzi Bankının faiz artımı gözləntilərinin zəifləməsi nəticəsində avro dollar qarşısında son 20 ilin ən aşağı səviyyəsinə düşüb.
FED.az xəbər verir ki, avro 0,9 faiz azalaraq 1,0331-ə düşüb ki, bu da 2002-ci ilin dekabrından bəri ən aşağı səviyyədir.
Fransada xidmətlər PMI indeksinin aşağıya doğru yenidən nəzərdən keçirilməsindən sonra pul bazarlarında ECB-dən faiz artımı gözləntiləri bu il üçün 190 baz bəndindən 140 baz bəndinin altına düşüb.
Ev təsərrüfatlarına və şirkətlərə təzyiq göstərən rekord inflyasiya və ECB-nin Ukraynadakı müharibə səbəbiylə FED qədər cəld hərəkət edə bilməməsi səbəbindən avro bu il dollar qarşısında 8 faizdən çox dəyər itirib.
Üç avropalı treyderin fikrincə, itkilər zəif likvidlik və avro-İsveçrə frankı məzənnəsində görülən satışlarla sürətlənib.
Xatırladaq ki, bugünün rəsmi məzənnəsinə görə, 1 ABŞ dolları 1,7000 mamat, 1 avro isə 1,7744 manatdır.
Bugün kü dəyişiklikləri və manat-dollar məzənnəsini nəzərə alanda 1 avronun Azərbaycanda 1,75 manata enməsi ehtimalı böyükdır.