Avrasiya İnkişaf Bankı Azərbaycanda müxtəlif sahələr üzrə layihələrin maliyyələşdirməsinə hazırdır.
EDB: Azərbaycan Avrasiya regionunda ən böyük investorlardan birinə çevrilib
FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə bu gün maliyyə naziri Sahil Babayev və Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədri Nikolay Podquzovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə bildirilib.
Görüş zamanı N.Podquzov Bankın yaradılması, fəaliyyəti, hazırkı üzvləri, eləcə də üzv ölkələrdə maliyyələşdirilən layihələr barədə ətraflı məlumat verib. O, Bankla Azərbaycan arasında əməkdaşlıq üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.
S.Babayev Azərbaycanın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu və Avrasiya İnkişaf Bankı ilə də əməkdaşlıq məsələsinin nəzərdən keçiriləcəyini qeyd edib.
Görüşdə Bankın fəaliyyəti, layihələri maliyyəşdirmə prosedurları və bu sahədə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.