Bu ilin iyulun birinə olan məlumatlara görə, Azərbaycanın xarici dövlət borcunun məbləği 4 milyard 616,8 milyon ABŞ dolları təşkil edib.
2026-cı ilin ilk 6 ayı üzrə büdcələrin icrasına dair məlumat - 2,4 MİLYARD MANAT ARTIQLIQ YARANIB
FED.az biznes və maliyyə xəbərləri portalı Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, xarici dövlət borcunun həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 393,9 milyon ABŞ dolları və ya 7,9% azalıb.
Xatırladaq ki, 2025-ci il 1 iyul tarixinə xarici dövlət borcunun həcmi 5 milyard 10,7 milyon ABŞ dolları olmuşdu.
Operativ məlumatlara əsasən cari ilin 1 iyul tarixinə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6%-ini təşkil edib.














