Qanunsuz miqrasiya hərəkətlərinin qarşısının alınması məqsədilə Türkiyənin gömrük-keçid məntəqələrində yeni tənzimləmə qaydaları qüvvəyə minəcək.
Eləcə də bax: Yük maşınları və daşınan malların ölkəyə daxil olma qaydası - Təsdiqlənib
FED.az xəbər verir ki, bununla bağlı qardaş ölkənin ticarət naziri Mehmet Muşun imzası ilə yeni tədbirlər planı hazırlanıb.
Plana əsasən, ölkəyə giriş-çıxışlarda yeni qaydalar tətbiq ediləcək və bunun üçün hər cür texniki cihaz, eləcə də məlumat sistemlərindən istifadə olunacaq.
Bununla bağlı ölkənin bütün aidiyyəti qurumlarına göndərilən bildirişdə son illər dünyanın bəzi ölkələrində yaşanan siyasi və sosial qeyri-sabitliklər səbəbilə nizamsız miqrasiya hərəkətlərinin artdığı bildirilib. Qeyd edilib ki, bu artım gömrük-keçid məntəqələrində miqrasiya qaydalarının pozulmasına yol açır. Bu səbəbdən Türkiyənin gömrük ərazisinə girən və ya çıxan nəqliyyat vasitələrinə nəzarət və bu vasitələrin yoxlanılması tədbirləri artırılacaq. Bununla yanaşı, görülən tədbirlərin tətbiqində iştirak edən məsul işçilərin məlumatlılığı artırılacaq. (Azərtac)