Bu ilin yanvar-sentyabr aylarında Səudiyyə Ərəbistanının dövlət büdcəsinin gəlirləri 144,4 milyard ABŞ dolları, xərcləri isə 193,6 milyard ABŞ dolları təşkil edib.
Eləcə də bax: Səudiyyə Ərəbistanı büdcəsini - 50 Dollardan Hesablayır
FED.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24% və 3% azdır.
Son nəticədə büdcədə 49,2 milyard dollar kəsir yaranıb.
Səudiyyə Ərəbistanında büdcə gəlirlərinin azalması əsasən koronavirus (COVID-19) pandemiyasının təsiri ilə izah olunur. Belə ki, pandemiya ilə əlaqədar dünya bazarında neftin ucuzlaşması ölkənin neft gəlirlərini 33%, tətbiq edilən məhdudiyyətlər isə qeyri-neft gəlirlərini isə 5% azaldıb.
Səudiyyə Ərəbistanının dövlət borcu da artmaqdadır. Bu rəqəm ilin əvvəlindən bəri 25% artaraq 226,1 milyard dollara çatıb. (Report)