Dünyanın ən böyük neft istehsalçılarından biri olan Səudiyyə Ərəbistanı qarşıdakı 3 illik müddətdə dövlət büdcəsi üzərində işləri neftin 50 dollar ətrafnıdakı qiymətinə əsasən hesablayır.
Eləcə də bax: Səudiyyə Ərəbistanı Asiya və ABŞ üçün neft qiymətlərini endirmək niyyətindədir
FED.az xəbər verir ki, bu barədə «Goldman Sach»ın analitiklərindən biri olan Faruk Soussa bildirib. Onnu sözlərinə görə, Səudiyə 2020-2023 illər üçün büdcəsini hesablayanda neftin bir barelinin 50 dollar civarında olacağı ssenarisini əsas götürüb.
Halbuki, hazırda neft ucuzlaşma dövrünü yaşayır. Belə ki, koronavirus pandemiyası ilə mübarizə aparmaq üçün, ölkələr sanksiyaları sərtləşdirdikdən və dünyanın bir nömrəli iqtisadiyyatı olan ABŞ prezidenti Donald Tramp koronavirusa tutulduğunu elan etdikdən sonra treyderlərin enerji tələbatı ilə bağlı narahatlığı artır. Nəticədə, Brent markalı neftin barreli keçən həftə yüzdə 6,3 azalaraq 39,27 dollara düşüb.
Bir barel üçün 50 dollarlıvq qiymət isə neftin indiki qiymətindən 25% yüksəkdir. Bununla yanaşı ,50 dollarlıq hədd pandemiyadan əvvəlki 65 dollarlıq qiymətdən daha aşağıdır. Halbuki Səudiyyə Ərəbistanının büdcəsinin tarazlaşdırılması üçün neft 65 dollardan götürülmüşdü.
Goldman hesabatı, Qahirədəki investisiya bankı EFG Hermes'in təxminlərinə də uyğundur. Bank, Səudiyyə Ərəbistanının gələn il neftin qiymətinə görə 50 ilə 55 dollar arasında bir büdcə təyin edəcəyini hesabladı. Goldman özü də Brent neftinin bir barelinin qiymətinin 2021-ci ilin sonuna qədər 65 dollara yüksələcəyini təxmin edir.