Cari ilin sentyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl biriinci yerdə dayanıb.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında bildirilir.
Bu dövrdə 25,7 milyon dollar dəyərində qızıl ixrac olunub.
Bu da ötən illə müqayisədə 7,3 milyon dollar və ya 39,7% çoxdur.
2022-ci ilin müvafiq dövründə isə 18,4 milyon dollar dəyərində qızıl ixrac olunmuşdu.