2023-cü ilin yanvar-sentyabr aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında meşə fındığı altıncı yerdə dayanıb.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında bildirilir.
Bu dövrdə 78,6 milyon dollar dəyərində meşə fındığı olunub.
Bu da ötən illə müqayisədə 7,9 milyon dollar və ya 11,2% çoxdur.
2022-ci ilin müvafiq dövründə isə 70,7 milyon dollar dəyərində meşə fındığı ixrac olunmuşdu.