Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katibi Natəvan Məmmədovaya daha bir müavin təyin edilib.
Azərbaycan Sahibkarlar Konfederasiyasında - YENİ TƏYİNAT
FED.az xəbər verir ki, bu, Nərmin Qəniyevadır.
O, həm də Konfederasiyanın Sahibkarlarla iş şöbəsinin müdiridir. Yeni təyinatla baş katibin müavinlərinin sayı 4-ə çatıb.
Xatırladaq ki, N.Məmmədova ASK-nın rəhbərliyinə yeni gətirilib. (Report)