“Cari ildə pandemiya Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib”.
Eləcə də bax: “Ölkədə kölgə iqtisadiyyatının həcmi azalıb”
FED.az xəbər verir ki, bunu Milli Məclisinn bu gün keçirilən iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, neft hasilatının azalması neft-qaz sektoruna təsir edib: “Hökumət tərəfindən pandemiyanın insanlara təsirinin azaldılması üçün görülən tədbirlər, pandemiyadan zərərçəkmiş sahələrdə olan sahibkarlara verilən dəstək nəticəsində iqtisadi tənəzzülü yumşaltmağa nail olunub. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxil olan vəsait ümumi daxiolmanın 75 %-ni təşkil edir. İqtisadiyyatda dövlətin, dövlət şirkətlərinin iştirakının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə İnvestisiya Holdinqi yaradılıb. Holdinqin idarəedilməsinə ilkin olaraq 4 dövlət müəsisəsi verilib. 811 sahibkara 112 milyon manat güzətşli kredit verilib və kreditlər hesabına yeni iş yerlərinin açılmasına şərait yaradılıb.Yeni layihə olan milli ixrac strategiyası hazırlanıb və yaxın vaxtlarda təqdim olunacaq”.
Xatırladaq ki, Strategiya beşillikdir və 2021-2025-ci illəri əhatə edəcək. Burada əsas məsələ 2025-ci ilin sonunadək qeyri-neft ixracını iki dəfəyədək artırmaqdır. (Apa)