Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb.
FED.az AMB-nin yaydığı məlumata istinadən xəbər verir ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2017-ci il dekabr ayının 1-nə 5 mlrd. 254,2 mln. dollar təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 243,2 mln. dollar və ya 30,99% çoxdur.
Noyabr ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 33,2 mln. dollar və ya 0,64% artıb.
Cari ilin əvvəlindən artım 1 mlrd. 226,3 mln. dollar və ya 30,85% olub.
FED.az xəbər verir ki, 31.11.2017-ci il tarixinə pul bazası 8 milyard 686.8 milyon manat təşkil edib.
Noyabrda pul bazası 155,2 milyon manat artıb.
Oktyabrda Sentyabr ayı ilə müqayisədə pul bazası azalmışdı.
Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya
banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.