Bu ilin yanvar-iyul aylarında ölkədə 145,1 milyon manat dəyərində mebel istehsal edilib.
İsveçrə I yarımillikdə Azərbaycana saat ixracını - 19,4% ARTIRIB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu, bir il öncəki müvafiq göstəricini 20,2 faiz və ya 24,4 milyon manat üstələyir.
Cari ilin iyun ayı ilə müqayisədə isə iyulda istehsal həcmində dəyər olaraq 7,8 faiz və ya 1,9 milyon manat azalma qeydə alınıb. İyul ayında 22,3 milyon manat dəyərində mebel istehsal olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə cari ilin ilk yeddi ayında ölkəyə 74,6 milyon ABŞ dolları dəyərində mebel və onun hissələri idxal olunub ki, bu da 2022-ci ilin eyni dövrünün göstəricisini 25,3 faiz və ya 15 milyon dollar üstələyir.
Cari ilin iyun ayı ilə müqayisədə iyulda sözügedən məhsulların idxalı dəyər ifadəsində 5,9 faiz və ya 561 min dollar azalıb. İyulda ölkəyə 9 milyon dollar dəyərində mebel məhsulları idxal olunub.
Qeyd edək ki, cari ilin ilk 7 ayında bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,78 faizə bərabər olub. (Vergiler.az)