İrandan Rusiyanın Həştərxan vilayətinə ilk dəfə dəniz yolu ilə sitrus məyvələri ixrac edilib.
FED.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, 180 ton ağırlığında mal xüsusi soyuducu ilə təmin edilmiş 8 konteynerdə daşınıb.
Bundan əvvəl İrandan Rusiyaya sitrus meyvələri Azərbaycandan keçməklə dəmir yolu ilə çatdırılıb. (Report)