"Fitch" Beynəlxalq Reytinq Agentliyi Azərenerji ASC-nin reytinq üzrə proqnozunu stabil üzrə proqnozlaşdırıb. Məlumata görə, bundan əlavə “Fitch” emitentin uzunmüddətli defolt reytinqini "BB+", qısamüddətli defolt reytinqini "B" və təminatsız reytinqini "B" səviyyəsində təsdiqləyib.
Agentlik hesab edir ki, dövlət bu vaxta qədər olduğu kimi, bundan sonra da "Azərenerji"yə dəstəyini davam etdirəcək: "2015-ci ilin sonunda imzalanan razılaşmaya əsasən, hökumət 2016-2025-ci illərdə də xarici borclar qarşısındakı öhdəlikləri yerinə yetirmək üçün "Azərenerji"yə ineksiya tədbirlərini davam etdirəcək".