“Bakı Kristal Zalı” Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.
Dövlət şirkətlərinin idarə edilməsində vətəndaşların iştirakı - TƏMİN EDİLƏCƏK
FED.az Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı” dəyişiklikdə bildirilir. Qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Bununla da
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların SİYAHISI
1. “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs.
2. “İqtisadi Zonaların İnkişafı Agentliyi” publik hüquqi şəxs;
2.1. “İqtisadi Zonaların İnkişafı Agentliyi” publik hüquqi şəxsin nəzdində “Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs.
3. “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” publik hüquqi şəxs.
4. “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO” publik hüquqi şəxs.
5. “İqtisadi Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxs;
5.1. “İqtisadi Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin tabeliyindəki “Təlim Tədris Mərkəzi” publik hüquqi şəxs.
6. “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs.
7. “İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti.
8. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti.
9. “Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar:
10.1. Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi.
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar:
11.1. “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs;
11.2. “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs;
11.3. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs;
11.3.1. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin tabeliyindəki ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər);
11.3.2. “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti.
11.4. “Bakı Kristal Zalı” Məhdud Məsuliyyətli Cəmiyyəti.”
12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar:
12.1. “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs;
12.2. “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs;
12.3. “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs;
12.4. “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti.