Şirkət haqqında:
“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.
Vakansiyanın adı:
Mətbuat katibi
Əsas vəzifə və öhdəliklər:
• Bütün kütləvi informasiya vasitələri ilə işgüzar əlaqələr yaratmaqla Cəmiyyətin fəaliyyəti barədə ictimaiyyətə vaxtaşırı məlumatların çatdırılmasını, təbliğ edilməsini, ictimaiyyətin maarifləndirilməsi üçün lazımi tədbirlərin yerinə yetirilməsini təşkil etmək;
• Mətbuat əməkdaşları, KİV nümayəndələri tərəfindən Cəmiyyətə ünvanlanan suallara aidiyyəti üzrə razılaşdırmaqla cavabları hazırlamaq;
• Rəhbərliyin mətbuat qarşısında çıxışlarının mətn layihəsini hazırlamaq;
• Cəmiyyətin fəaliyyəti ilə əlaqədar mətbuatda dərc edilən, televiziyada təqdim edilən bütün növ xəbərləri, məlumatları toplayaraq, onların analizini aparmaq, rəhbərliyə məruzələr etmək;
• Dövrü mətbuatda Cəmiyyətin fəaliyyətinə dair çap olunmuş materialları toplamaq, təhlil etmək;
• Cəmiyyətin fəaliyyət planına uyğun olaraq KİV-i vaxtaşırı məlumatlandırmaq;
• Məqalə və mətnlər hazırlayaraq yazışmaları həyata keçirmək;
• Öz səlahiyyətləri çərçivəsində aidiyyəti üzrə təkliflər vermək, yeni araşdırmalar və tədqiqatlar üzərində işləyərək məlumatlar hazırlamaq;
• Cəmiyyətin fəaliyyəti ilə əlaqədar qəzet və jurnallara abunəçilik və onlarla əlaqəli işləri həyata keçirmək
Tələb olunan bilik, bacarıq və səriştələr:
• MS Office proqramlarını bilməli;
• Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
• Korporativ prosedurlar və etiket qaydaları, KİV qarşısında çıxış etmə, məqalə hazırlama və onların dərc olunma üsullarını, fəaliyyəti üçün tələb olunan dillərin orfoqrafiyasını bilməli;
• KİV haqqında qanun və onun tələblərini bilməli;
• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti, Rus və İngilis dillərini yaxşı səviyyədə bilməli;
• Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
• Yüksək kommunikasiya bacarığı.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil (müvafiq sahə üzrə);
• Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Mətbuat katibi" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Şirkət haqqında:
“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.
Vakansiyanın adı:
Keyfiyyət idarəetmə sistemləri üzrə mütəxəssis
Əsas vəzifə və öhdəliklər:
• Cəmiyyətin struktur bölmələrində keyfiyyətin idarəedilməsi sistemi və təminat sahəsində görülən işlərin koordinasiyası və təşkilini etmək;
• Metodologiyanın hazırlanması və tətbiqi;
• Funksional prosedur və təlimatların yaradılması;
• Keyfiyyətin idarəedilməsi sistemlərinin tələb olunan bütün proseslərinin yaradılması və onları işə salınması;
• Keyfiyyətin idarəedilməsi sistemlərinin fəaliyyəti proseslərinin təkmilləşdirilməsi və inkişafını təmin etmək;
• Keyfiyyətin idarəedilməsi sistemlərinin monitorinqi və təhlilinin edilməsi üçün məlumatların toplanılmasını, bu məlumatlar əsasında sistemin təhlil edilməsini, rəhbərliyə Keyfiyyətin İdarəedilməsi Sistemlərinin funksionallığı və zəruri olan yaxşılaşdırma tədbirlərinin görülməsi haqqında hesabat təqdim etmək;
• İllik cədvəllərə uyğun yoxlamaların keçirilməsi vasitəsi ilə aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində tənzimləyici və qabaqlayıcı tədbirlərin səmərəliliyini planlaşdırmaq və onlara nəzarət etmək;
• Cəmiyyətin təşkilatı strukturunun, struktur bölmələrində keyfiyyətin idarəedilməsi sistemi üzrə sənədlərin və prosedurların, o cümlədən, hazırlanan təlimatların monitorinqini və razılaşdırlmasını təmin etmək;
• Siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını təşkil etmək;
• Cəmiyyəti cari qarşılıqlı münasibətləri və əməkdaşlıqların inkişafı məsələləri üzrə xarici təşkilatlarda və dövlət orqanlarında səlahiyyətli nümayəndə qismində təmsil etmək;
• Müvafiq şöbə müdirinin göstərişi ilə Keyfiyyətin İdarəedilməsi Sistemlərilə bağlı olan məsələlər daxil olmaqla Cəmiyyətin normativ sənədlərinin hazırlanmasında iştirak etmək;
• Əmək funksiyalarına uyğun görülmüş işlər barədə şöbənin müdirinə (onun tələbinə əsasən) vaxtaşırı, verilən göstəriş və tapşırıqların icrası barədə dərhal məlumat vermək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
• Korporativ məlumat sistemində işləməyi bacarmalı;
• Keyfiyyətin İdarəedilməsi Sistemi sahəsində müvafiq sertifikatları olmalı; (İSO 9001:2015)
• Daxili audit sahəsində müvafiq sertifikatları olmalı; (İSO 19011:2011)
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri arzuolunandır, Microsoft Office və digər proqramları bilməli.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil;
• Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Keyfiyyət idarəetmə sistemləri üzrə mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Şirkət haqqında:
“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.
Vakansiyanın adı:
Ekologiya üzrə mütəxəssis (Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsi)
Əsas vəzifə və öhdəliklər:
• Ətraf mühitin mühafizəsi qaydalarının tətbiq edilməsi və inkişaf etdirilməsi;
• Ekoloji pozuntuların müəyyənləşdirilməsi və həll edilməsi;
• Çirklənmə səviyyəsini müəyyən etmək üçün müntəzəm ekoloji yoxlamaların və monitorinqlərin aparılması;
• Ekoloji qəzaların araşdırılması və yenidən baş verməməsi üçün həll yollarının təklif edilməsi;
• Tullantıların idarə olunması;
• Ətraf mühitin mühafizəsinə dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması üçün təlim proqramlarının hazırlanması və təlimlərin keçirilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
• İstehsalat sahələrində ətraf mühitin mühafizəsi normalarını, İSO 14001 beynəlxalq standarlarının tələblərini, tullantıların qanunvericiliyə və beynəlxalq standartların tələbinə əsasən idarə olunması qaydalarını bilməli;.
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri yaxşı, Microsoft Office proqramlarını bilməli.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil (müvafiq sahə üzrə);
• Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Ekologiya üzrə mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.