Banner

İqtisadiyyat

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu - 16%-DƏN ÇOX ARTIB

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu - 16%-DƏN ÇOX ARTIB | FED.az
11:39 15 Aprel 2020

Bu il aprelin 1-nə Azərbaycan xarici ölkələrlə 6,843 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2% azdır.

Eləcə də bax: Azərbaycanın İranda ticarət dövriyyəsi – 3 QAT AZALIB

Bu ilin ilk 3 ayında xarici ticarət dövriyyəsinin 4,206 milyard ABŞ dolları ixracın, 2,636 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,2%, idxal isə 15,9% azalıb.

Son nəticədə xarici ticarətdə 1,569 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 16,4% çoxdur.

Report

Digər xəbərlər

Banner