Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın İran ilə apardığı ticarət mübadiləsinin həcmi 390,466 mln. ABŞ dollar təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 28,9% artıb.
Eləcə də bax: Azad edilmiş ərazilərin bərpası ilə bağlı layihələrdə İran da iştirak edəcək
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, hesabat dövründə Azərbaycandan İrana ixracın həcmi 39,172 mln. dollar, idxal isə 351,295 mln. dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 6,6%, idxal isə 32% artıb.
Nəticədə, 2021-ci ilin yanvar-noyabr aylarında 312,123 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 36,1% çoxdur.