İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Rusiya Federasiyasının Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyinin (Rosstandart) Baş icraçı direktoru Anton Şalayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Görüşdə yeni standartların ölkəmizdə bilavasitə tətbiqi məqsədilə Rusiyanın Standartlar üzrə Federal İnformasiya Fondunda saxlanılan 39123 sənədə çıxışın təmin olunması barədə razılıq əldə edilib.