"MSolution" və "IZZY-nin ictimai iaşə obyektləri - restoranlar və kofeşoplar üçün birgə ödəniş həlli artıq bir müddətdir istifadədədir və hazırda bir neçə obyektdə uğurla tətbiq olunur.
FED.AZ xəbər verir ki, həllin əsas üstünlüyü "MSolution Multi Split" funksionallığıdır: bir neçə filialı olan şəbəkələr daxil olan vəsaitləri filiallar arasında real vaxt rejimində avtomatik bölə bilirlər. Pul daxil olduğu anda düzgün ünvana yönəlir - gün sonu hesablaşmalara, filiallar arası köçürmələrə və əlavə mühasibatlıq yükünə ehtiyac qalmır. Bu, xüsusilə şəbəkə şəklində fəaliyyət göstərən restoran biznesləri üçün maliyyə idarəetməsini əhəmiyyətli dərəcədə sadələşdirir.
Həllin istifadəsi müştəri üçün maksimum sadədir: masadakı QR kodu skan edən müştəri ödənişi "Apple Pay", "Google Pay", həmçinin bank tətbiqləri üzərindən "AniPay QR" ilə həyata keçirir. Ödəniş dərhal obyektin kassasına ötürülür. Bu zaman ictimai iaşə obyektlərində əlavə POS terminal quraşdırılmasına ehtiyac qalmır - avadanlıq və texniki xidmət xərcləri tamamilə aradan qalxır.
Həllin daha bir üstünlüyü ondan ibarətdir ki, obyektlərin hansı bankla əməkdaşlıq etməsindən asılı olmayaraq həllə qoşulmaq imkanı var, çünki MSolution müxtəlif prosessinq mərkəzləri və banklar ilə inteqrasiya edilib.
"Restoran biznesində əsl ehtiyac təkcə ödənişi qəbul etmək deyil, ondan sonrakı prosesi düzgün qurmaqdır. Multi Split ilə şəbəkələr vəsaiti filiallar arasında real vaxtda avtomatik bölürlər — bu, sahibkarı gündəlik hesablaşma yükündən tam azad edir. Müştəri üçün isə hər şey bir QR kodda cəmlənir: skan et, borcunu gör, ödə, davam et" - deyə "MSolution"un direktoru Emil Abbasov bildirib.
Qeyd edək ki, "MSolution" (Multi Solutions MMC) elektron pul təşkilatıdır. Şirkət bu vaxtadək dövlət və nəqliyyat sektorlarında ödəniş infrastrukturu üzrə əhəmiyyətli işlər görüb və həmin sahələrdə qazandığı təcrübəni indi ictimai iaşə bazarına gətirir. "IZZY" (izzzy.app) (https://www.izzzy.app/) isə restoran, kafe və digər xidmət obyektləri üçün QR menyu, satış (POS), müştəri idarəetməsi və onlayn ödənişləri vahid platformada birləşdirən idarəetmə sistemidir. Ödəniş həlli IZZY platformasına inteqrasiya olunub - müştəri eyni QR kod vasitəsilə həm menyu ilə tanış ola, həm də ödənişini tamamlaya bilir.





![[red]MSolution və IZZY-dən[/red] restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü | FED.az](/upload/news/small/1954593.png)
![[red]MSolution və IZZY-dən[/red] restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü | FED.az](/upload/news/small/1092790.png)







