Qazax rayonunun Birinci Şıxlı kənd sakini Zahid Cəlilov adına üç şirkət açıldığı və yarım milyon manatdan çox vergi borcu yarandığını deyir.
Vergi ödəyicisi vəfat etdikdə onun vergi borclarını kim ödəyir?
FED.az xəbər verir ki, o iddia edir ki, 2018-ci ildə aldadılaraq birlikdə işləmək vədi ilə adına VÖEN və üç şirkət açılıb.
Zahidlə bərabər onun iki qardaşı da bu işə cəlb edilib.
Hazırda vətəndaş iddia edir ki, onu aldadan şəxs dünyasını dəyişib. Zahidin adına isə 3 şirkət və yarım milyondan çox borc yaranıb. O, neçə ildir aidiyyəti üzrə müraciətlər etsə də problemi həllini tapmayıb.
Hüqşunaslar isə bildirirlər ki, dələduzluqda ittiham olunan şəxs vəfat etdikdə aldadılan şəxs dələduzluqla üzləşdiyini hüquq-mühafizə orqanlarına izahatları ilə açıqlayıb sübuta yetirərsə bu halda hüquqi müstəvidə şəxsin problemi məhkəmə qaydasında həll olunur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bir daha vətəndaşları ayıq olmağa, etibarnamələrin məzmunu ilə daha detallı tanış olmağa və şəxsi məlumatların 3-cü şəxslərə etibar edilməsində maksimum ehtiyatla davranmağa çağırır.












