Azərbaycandan 306 min ədəd yumurtadan ibarət ikinci partiya Rusiya ərazisinə idxal edilib.
"Rusiyaya ixrac Azərbaycanda yumurtanı bahalaşdıracaq" iddialarına - CAVAB VERİLDİ
“18 ton (306 min ədəd) yumurtanın ikinci partiya dekabrın 21-də Yaraq-Qazmalar keçid məntəqəsi vasitəsilə sonradan Rusiya ərazisində realizə məqsədilə RF-yə daxil olub”, deyə “Rosselxoznadzor” bildirir.
36 ton (612 min ədəd) yumurtadan ibarət ilk partiya dekabrın 19-da Yaraq-Qazmalar keçid məntəqəsi vasitəsilə RF-yə daxil olub.
Azərbaycandan yumurta tədarükü üçün Rusiya bazarının açılması ilə bağlı qərar bu ilin noyabr ayında “Rosselxoznador”un rəhbəri Sergey Dankvert və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında aparılmış danışıqlar nəticəsində qəbul edilib. (İnterfaks-Azərbaycan)