Azərbaycan və Türkiyə Rusiyaya yumurta ixracını davam etdirir.
Azərbaycanda yumurta istehsalı - 8,4 FAİZ ARTIB
FED.az xəbər verir ki, “Rosselxoznadzor”un məlumatına görə, yanvarın 19-dək Azərbaycan Rusiyaya 3 milyon ədəd, Türkiyə - 1,2 milyon ədəd yumurta ixrac edib.
Yanvarın 16 və 18-də Türkiyədən növbəti partiyalar (633,6 min ədəd) Rusiya Federasiyasına daxil olub. Cümə günü Yaraq-Qazmalar keçid məntəqəsi (Dağıstan) vasitəsilə Azərbaycandan Rusiyaya 612 min ədəd (iki partiya) yumurta gətirilib.
Xəbər verildiyi kimi, Rusiya Federasiyası yumurta qiymətlərinin kəskin artması fonunda altı ay müddətinə onların idxalına rüsumu sıfırlayıb. Ehtimal olunur ki, bu tədbir 1,2 milyard yumurta idxalına və qiymət vəziyyətini sabitləşdirməyə imkan verəcək.
“Rosstat”ın məlumatına görə, 2023-cü ildə Rusiya Federasiyasında yumurta 1,6 dəfə, dekabrda isə 18,2% bahalaşıb. Yanvar ayında istehlak qiymətləri ucuzlaşmağa başlayıb. Yanvarın 10-dan 15-dək yumurta, 2023-cü il iyunun sonundan indiyədək ilk dəfə olaraq 0,2% ucuzlaşıb. (İnterfaks-Azərbaycan)