Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 12 022,7 mln. manat, xərcləri isə 11 730,8 mln. manat təşkil edib.
Eləcə də bax: Vergi Xidməti büdcəyə vergi yığımlarını - 10% ARTIRIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Ötən ilin ilk yarısı ilə müqayisədə dövlət büdcəsinin gəlirləri 15,5%, xərcləri isə 7,1% artıb. Hesabat dövründə dövlət büdcəsində 291,9 mln. manatlıq profisit yaranıb. Halbuki ötən ilin yanvar-iyun aylarında dövlət büdcəsində 545,5 mln. manatlıq kəsir yaranmışdı. (Apa)