2020-ci ilin yanvar-iyun aylarında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 4 milyard 5,65 milyon manat vəsait toplayıb.
Eləcə də bax: İlk 6 ayda əlavə 423 milyon manat - VERGİ-GÖMRÜK YIĞILIB
FED.az xəbər verir ki, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,3% artıqdır. Xatırladaq ki, ötən ilin eyni dövründə vergi xidməti büdcəyə 3 milyard 632,8 milyon manat vəsait toplamışdı.
Qeyd edək ki, 2020-ci ilin dövlət büdcəsi layihəsinə əsasən bu il Vergi Xidməti büdcəyə 7 milyard 875 mmilyon manat vəsait toplamalıdır. 2019-cu ildə büdcəyə real yığılan məbləğ 7 milyard 672,6 milyon manat olmuşdu.