İqtisadiyyat nazirinin müavini Anar Axundov Asiya İnkişaf Bankının (AİB) Şərqi, Mərkəzi və Qərbi Asiya komandasının enerji direktoru Junho Hvanq ilə görüşüb.
Nazirlikdən FED.az-a bildirilib ki, görüşdə Azərbaycanın AİB ilə uğurlu tərəfdaşlığından məmnunluq ifadə olunub, Bankın ölkəmizdə həyata keçirdiyi fəaliyyətlər yüksək qiymətləndirilib.
Tərəflər bərpaolunan enerji mənbələrinin genişləndirilməsi, Azərbaycanın enerji sisteminin davamlılığını və səmərəliliyini təmin etmək üçün infrastrukturun inkişafı və maliyyələşməsinə Bankın potensial dəstəyi və “yaşıl” enerji sektoruna xarici investisiyaların cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparıblar.