Ötən ay Azərbaycanda sənaye sahəsinə 437 milyon manat investisiya yönəldilib.
Bu barədə FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 118 milyon manat və ya 21,3 % azdır.
2024-cü ilin yanvar ayında isə sənaye sahəsinə 555 milyon manat investisiya yönəldilmişdi.
Ölkə üzrə əsas kapitala yönəldilmiş investisiyalarin 55,5%-i sənaye sektorunun payına düşüb.