Ötən ay Azərbaycanda informasiya və rabitə sahəsinə 31,4 milyon manat investisiya yönəldilib.
Bu barədə FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,9 milyon manat və ya 2,5 dəfə çoxdur.
2024-cü ilin yanvar ayında isə informasiya və rabitə sahəsinə 12,5 milyon manat investisiya yönəldilmişdi.
Ölkə üzrə əsas kapitala yönəldilmiş investisiyalarin 4%-i informasiya və rabitə sektorunun payına düşüb.